Bakıda minik avtomobili ilə yük maşını toqquşub: ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda minik avtomobili ilə yük maşını toqquşub: ölən var

12:46 - 10 / 05 / 2017
Bakıda minik avtomobili ilə yük maşını toqquşub: ölən var

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda “VAZ” markalı minik avtomobili ilə “Shacman” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1987-ci il təvəllüdlü Fərid Cavanşir oğlu Seyidovun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Babək Cahandarov

 

Paylaş:
779

Son xəbərlər

Bütün xəbərlər