685 bal toplayan abituriyent yenidən imtahan vermək istəyir | 1news.az | Xəbərlər
Cəmiyyət

685 bal toplayan abituriyent yenidən imtahan vermək istəyir

14:21 - 12 / 05 / 2017
685 bal toplayan abituriyent yenidən imtahan vermək istəyir

Siyəzənli abituriyent Çinarə Kərimova qəbul imtahanlarında 685 bal toplayaraq şimal bölgəsi üzrə ən yüksək göstəriciyə nail olub.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, imtahanlarda cəmi üç sualı düzgün cavablandırmayan Çinarə nəticəsindən narazıdır. Onun hədəfi maksimum - yəni, 700 bal toplamaq olub. Məhz buna görə də o, iyul ayında keçiriləcək növbəti imtahanlara qatılacaq.

Çinarə Kərimova Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 nömrəli tam orta məktəbin XI sinfində təhsil alır. IV ixtisas qrupu üzrə imtahanda iştirak edən abituriyent təhsilini Tibb Universitetində davam etdirmək istəyir. Çinarənin ən böyük arzusu ürək-damar cərrahı olmaqdır.

Valideynləri bildirirlər ki, həkimlik Çinarənin uşaqlıq arzusudur.

Çinarə Kərimova ilə yanaşı, Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 nömrəli tam orta məktəbin daha 5 şagirdi bu il keçirilən qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərib.

Babək Cahandarov

 

Paylaş:
747

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər