Deputatın oğlu Əhmədlidə kafedə qətllə nəticələnən davada iştirak edib, axtarışlar davam edir - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputatın oğlu Əhmədlidə kafedə qətllə nəticələnən davada iştirak edib, axtarışlar davam edir - YENİLƏNİB

1news Redaksiyası12:43 - Bu gün
Deputatın oğlu Əhmədlidə kafedə qətllə nəticələnən davada iştirak edib, axtarışlar davam edir - YENİLƏNİB

Bakıda “Ab-Hava” kafesində bir nəfərin ölümü ilə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub.

1news.az-ın Trend-iə istinadən məlumata görə, davada deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə də iştirak edib. Məlumata əsasən, o, heç kimə bıçaq xəsarəti yetirməyib və qətli törətməyib.

Qətldə birbaşa iştirak etməkdə şübhəli bilinən iki nəfərin axtarışları davam edir.

Qeyd edək ki, hadisə Bakının Xətai rayonunda yerləşən “Ab-Hava” kafesində baş verib. Kütləvi dava zamanı iştirakçılar bir-birinə bıçaqla hücum edib, nəticədə bir nəfər həyatını itirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

****

12:05

Bakı şəhər Xətai rayonu, Əhmədli qəsəbəsindəki kafedə baş vermiş kütləvi dava-dalaşla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

DİN-in Mətbuat xidmətindən 1news.az-a bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, tərəflər arasında başlayan mübahisə əvvəlcə əlbəyaxa davaya çevrilib. Daha sonra onlar bir-birilərinə bıçaqla hücum ediblər, odlu silahdan istifadəyə də cəhd göstərilib. Nəticədə, bir nəfər həyatını itirib.

Qətlə yetirilən Ceyhun adlı şəxsin “Ceyhun Sabunçu” kimi tanındığı bildirilir.

Paylaş:
333

Son xəbərlər

Bütün xəbərlər