İslamiada ilə əlaqədar bağlanan yollar və hərəkət cədvəli dəyişmiş avtobuslar – SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

İslamiada ilə əlaqədar bağlanan yollar və hərəkət cədvəli dəyişmiş avtobuslar – SİYAHI

14:50 - 12 / 05 / 2017
İslamiada ilə əlaqədar bağlanan yollar və hərəkət cədvəli dəyişmiş avtobuslar – SİYAHI

Bu gün axşam Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi oyunlarının təntənəli açılış mərasimi keçiriləcək. Çoxsaylı tamaşaçıların rahatlığı üçün Bakıda bir sıra yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq, həmçinin 30-dan çox avtobusun hərəkət istiqamət dəyişdiriləcək.

1news.az bu mövzunun aktuallığını nəzərə alaraq Bakı Olimpiya Stadionuna daha rahat çatmağın, eləcə də imkan daxilində tıxaclardan yan keçmək üçün bir sıra tövsiyyələr təqdim edir.

İlk olaraq qeyd edək ki, açılış mərasimi üçün bilet alan tamaşaçıları daha çox stadiona necə getmək maraqlandırır. Belə ki, həmin əraziyə nə şəxsi avtomobillə, nə də taksi ilə getmək mümkün olmayacaq.

Mayın 12-də günün ikinci yarısından etibarən İslamiadanın bağlanışına qədər "Azneft" meydanı, Neftçilər prospekti, Y.Səfərov küçəsi, Heydər Əliyev prospektindən Sabunçu dairəsinədək olan hissə, eləcə də bu əraziyə bitişik, kəsişən, paralel yollar üzrə hərəkət məhdudlaşdırılacaq, istiqamət dəyişdiriləcək.

Beləliklə, stadiona getmək istəyən tamaşaçılar Bakı metropoliteni və ekspress-avtobusların xidmətindən istifadə etməlidir.  Oyunlara bilet almış tamaşaçılar şəxsiyyət vəsiqəsi və bileti təqdim etməklə bu nəqliyyat vasitələrindən pulsuz istifadə edə biləcək. Ekspress-avtobusların dayanacaqları 20 Yanvar, Gənclik və Qara Qarayev metro stansiyalarında yerləşir.

Koroğlu metrostansiyası ilə gələn tamaşaçılar stadiona piyada gedə bilərlər.

Açılış mərasiminə vaxtında gəlmək vacibdir – 18:00-dan etibarən ekspress-avtobuslar fəaliyyət göstərməyə başlayacaq.

Həmçinin bu gün Koroğlu metrosu yaxınlığında yerləşən nəqliyyat qovşağı da işləməyəcək. 1news.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin verdiyi məlumata görə, avtobusların Koroğlu metrosu yaxınlığında yerləşən dayanacaqlarının istiqaməti dəyişib:

“Bakıxanov qəsəbəsindən gələn 54, 62, 107, 131, 172 və 173 saylı avtobusların son dayanacağı “Neftçilər  metrosuna yönləndirilib.  

Bakıxanov qəsəbəsindən gələn 139, 148, 163, 166, 184, 198, 204, 216, 214 və 217 saylı avtobusların son dayanacağı Qara Qarayev metrosuna yönləndirilib.  

Zığ şosesi – Heydər Əliyev aeroportundan gələn 101, 136, 150, 160, 171 və 187 saylı avtobusların son dayanacağı Həzi Aslanov metrosuna yönləndirilib.

Bundan əlavə, bu gün saat 16:00-dan etibarən BakuBus-ın 1 və 13 saylı avtobusları fəaliyyət göstərməyəcək.

16:00-dan etibarən 2 saylı avtobusun son dayanacağı Səməd Vurğun heykəlinin yaxınlığı olacaq.

4 saylı avtobusun son dayanacağı 28 May metrosu olacaq.

5 saylı avtobusun son dayanacağı 28 May metrosu olacaq.

21, 32 və  46 saylı avtobusların son dayanacağı Xətai metrosu olacaq.

Lökbatandan Bakıya gələn 125 saylı avtobusun son dayanacağı Azneft dairəsi olacaq. Həmçinin, 28 May küçəsindən Heydər Əliyev aeroportuna gedən N1 ekspress-avtobusu  Zığ şosesi – aeroporta Nobel prospektindən keçərək gedəcək”.

Həmçinin İslamiada ilə əlaqədar bu küçələrdə hərəkət məhdudlaşdırılacaq:

- Bakının Binəqədi rayonundakı İbrahimpaşa Dadaşov, Süleyman Sani Axundov və Cəfər Xandan küçələri.

- Bakının Nəsimi rayonundakı Süleyman Rüstəm, Xan Şuşinski, Abbas Səhhət, Cəlil Məmmədquluzadə və Mustafa Topçubaşov küçələri.

Alternativ yol kimi sürücülərə Səməd Vurğun, Hənifə Ələsgərov küçələrindən, eləcə də Azadlıq prospektindən istifadə etmək tövsiyə olunur.

Beləliklə, İslamiada ilə bağlı yol-nəqliyyat sistemində edilən dəyişikliklərin siyahısı genişdir. Lakin unutmayaq ki, bütün bu çətinliklər müvəqqətidir.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
1995

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər