Azərbaycanda qəribə olay: oğruları tutduqmaq istədi, özünü tutdular | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda qəribə olay: oğruları tutduqmaq istədi, özünü tutdular

16:39 - 12 / 05 / 2017
Azərbaycanda qəribə olay: oğruları tutduqmaq istədi, özünü tutdular

Evindən oğurluq olduğu üçün polisə şikayət edən Ağsu sakini başına iş açıb.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, mayın 11-də Ağsu rayonunun Qaradaşlı kənd sakini Sədaqət Qədirov RPŞ-yə müraciət edərək mayın 10-da evindən pəncərədən girmək yolu ilə 200 manat pulunun və 2 ədəd qızıl üzüyünün oğurlanmasını bildirib.

Ağsu RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndliləri Şamxal Məmmədov və Elçin Abdullayev tutulublar.

Onlardan 5 ədəd qumbara, 1  ədəd kustar üsulla düzəldilmiş tapança və 4 ədəd alışdırıcı götürülüb.

Onlar izahatlarında silah-sursatı S.Qədirovun evindən oğurlamalarını bildiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq S.Qədirovun evinə baxış zamanı oradan 25 ədəd pulemyot patronu və 1 ədəd qumbara alışdırıcısı aşkar edilərək götürülüb. S.Qədirov isə tutulub.

Babək Cahandarov

 

Paylaş:
636

Son xəbərlər

ABB binasında Libraff!

16 / 09 / 2025, 17:24
Bütün xəbərlər