Qubada 5 otaqlı evdə güclü yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada 5 otaqlı evdə güclü yanğın olub

12:08 - 12 / 05 / 2017
Qubada 5 otaqlı evdə güclü yanğın olub

Quba rayonunda yerləşən evlərdən birində güclü yanğın olub.

1news.az-ın Fövqəladə Hallar nazirliyinə istinadən verdiyi xəbərə görə, Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün və 3 otağın yanar konstruksiyaları 60 m2 sahədə yanıb.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində evin qalan hissəsi yanğından mühafizə olunub.

Babək Cahandarov

 

Paylaş:
1104

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər