İslamiada: Millimiz yarımfinalda | 1news.az | Xəbərlər
Futbol

İslamiada: Millimiz yarımfinalda

20:51 - 15 / 05 / 2017
İslamiada: Millimiz yarımfinalda

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarında qrup mərhələsinə yekun vurulub.

1news.az-ın məlumatına görə, millimiz son oyununda Mərakeşlə qarşılaşıb. Görüşdə qapılara qol vurulmayıb. Bu nəticədən sonra Yaşar Vahabzadənin komandası A qrupunu ikinci pillədə tamamlayaraq yarımfinala yüksəlib. Qrupun digər matçında Kamerun Səudiyyə Ərəbistanını 3:0 hesabı ilə məğlub edib.

B qrupunda Türkiyə Fələstinə 4:3 hesabı ilə qalib gəlib. Əlcəzair isə Omanla bəabərə qalıb - 1:1.

Bu nəticələrdən sonra Əlcəzair və Oman yarımfinala yüksəlib. Türkiyə Fələsətin isə mübarizəni dayandırıb.

Qeyd edək ki, millimiz yarımfinalda Əlcəzairlə, Kamerun isə Omanla qarşılaşacaq. Yarımfinal mərhələsinin görüşləri mayın 18-də baş tutacaq.

1news.az

Paylaş:
695

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər