Prezident Azərbaycan-Qətər hökumətlərarası anlaşma memorandumlarını təsdiqləyib
Prezident İlham Əliyev Azərbaycan hökuməti ilə Qətər hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, fərmanda deyilir:
“Mədəniyyət və Turizm Nazirliyinə memorandumun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qətər hökumətinə bildiriş göndərmək tapşırılıb.
Qeyd edək ki, Azərbaycan hökuməti ilə Qətər hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu 2017-ci il fevralın 27-də Doha şəhərində imzalanıb.
Dövlət başçısının digər fərmanı ilə Azərbaycan hökuməti ilə Qətər hökuməti arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiq edilib”.
1news.az