Dərman qutusundan narkotik maddə çıxdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Dərman qutusundan narkotik maddə çıxdı

13:19 - 18 / 05 / 2017
Dərman qutusundan narkotik maddə çıxdı

Dərman qutusunda ölkəyə narkotik maddə keçirmək istəyən şəxs saxlanılıb.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşına məxsus dərman qutusuna baxış keçirilib.

Baxış zamanı qutuda təsiredici maddəsinin ümumi miqdarı 0,285 qram olan narkotik vasitə - metadon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Babək Cahandarov

Paylaş:
802

Son xəbərlər

Bütün xəbərlər