Xızıda “Prado” aşıb: ölən və yaralananlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Xızıda “Prado” aşıb: ölən və yaralananlar var

13:51 - 18 / 05 / 2017
Xızıda “Prado” aşıb: ölən və yaralananlar var

Xızı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, mayın 17-də saat 17 radələrində Xızı şəhəri ərazisində Abşeron rayon sakini Süleyman Mənsumov idarə etdiyi “Prado” markalı avtomobili aşırıb.

Nəticədə sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilib. S.Mənsimov orada ölüb, sərnişinlərin vəziyyəti orta ağırdır. 

Faktla bağlı Xızı RPŞ tərəfindən araşdırma aparılır.

Babək Cahandarov

Paylaş:
640

Son xəbərlər

Bütün xəbərlər