İslamiadanın bağlanış günü tamaşaçıların elektrik qatarları ilə ödənişsiz daşınması təmin ediləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

İslamiadanın bağlanış günü tamaşaçıların elektrik qatarları ilə ödənişsiz daşınması təmin ediləcək

16:59 - 18 / 05 / 2017
İslamiadanın bağlanış günü tamaşaçıların elektrik qatarları ilə ödənişsiz daşınması təmin ediləcək

Mayın 22-də keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə gedən tamaşaçılar üçün, Bakı sərnişin stansiyasından “Koroğlu” dayanacağına və əks istiqamətdə qatar xidməti göstəriləcək.

1news.az-a “Azərbaycan Dəmir Yolları”nın mətbuat xidmətindən verilən xəbərə görə,axşam saat 18:00-dan 20:00-a kimi Bakı sərnişin stansiyasından “Koroğlu” dayanacağına 30 dəqiqədən bir qatar işləyəcək.

Mərasim başa çatandan sonra - axşam saat 23:30-dan gecə saat 01:30-a kimi izləyicilərin “Koroğlu” dayanacağından Bakı sərnişin stansiyası, Biləcəri, Xırdalan və Sumqayıt istiqamətində “KİSS” markalı ikimərtəbəli elektrik qatarları ilə ödənişsiz daşınması təmin ediləcək.

S.Xankişiyeva

Paylaş:
616

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər