Azərbaycan vətəndaşı 3200 ədəd “Pirveli” ilə saxlanıldı
Külli miqdarda siqaretin qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb.
1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Vaz-21063” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobilin yük yerindəki ehtiyyat təkərin altından, cihazlar panelinin içindən və ön oturacağın altından gömrük nəzarətindən gizlədilən ümumilikdə 3200 ədəd “Pirveli” markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Babək Cahandarov
493