“Neft Daşları” yatağında yeni quyu istismara verilib
“Neft Daşları” yatağındakı 602A nömrəli stasionar dəniz özülündən 2668 nömrəli quyu qazmadan sonra istismara verilib.
1news.az-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, kompleks Qazma İşləri Tresti tərəfindən qirməki altı lay dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul vermiş, 1536-1532 metr intervaldan sutkalıq 12 ton neft və 1000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.
1news.az
990