Aygün Attar: ÜAK-ın qeydiyyatının ləğvi Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək cəhdidir | 1news.az | Xəbərlər
Siyasət

Aygün Attar: ÜAK-ın qeydiyyatının ləğvi Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək cəhdidir

21:19 - 18 / 05 / 2017
Aygün Attar: ÜAK-ın qeydiyyatının ləğvi Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək cəhdidir

Rusiyada yaşayan azərbaycanlılar bu ölkənin həyatında mühüm rol oynayırlar. Ayrı-ayrı toplumlara, eləcə də azərbaycanlılara qarşı münasibətdə qərəzə yol verənlər Rusiyanın nüfuzuna zərbə vururlar.

1news.az-məlumatına görə, bu fikirləri professor Aygün Attar Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsinə dair qərarla bağlı AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib.

Aygün Attar bildirib ki, tarixin bütün dövrlərində erməni lobbisi və erməni diasporunun təsir dairəsində olan qüvvələr Azərbaycan-Rusiya münasibətlərini pozmağa çalışıblar. ÜAK-ın qeydiyyatının ləğv edilməsi Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin inkişafına zərbə vurmaq məqsədilə ortaya atılıb. “Əminəm ki, Azərbaycanın Rusiya üçün əhəmiyyətini, eləcə də bu ölkədə yaşayan soydaşlarımızın ölkənin ictimai-siyasi həyatındakı rolunu düzgün dəyərləndirən qüvvələr daha mütərəqqi mövqe nümayiş etdirəcəklər. Heç kim unutmamalıdır ki, Ümumrusiya Azərbaycanlıları Konqresi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin xeyir-duası ilə yaradılan təşkilatdır və onun qeydiyyatının ləğvi iki ölkə arasında münasibətlərin ruhuna ziddir”, - deyə professor qeyd edib.

1news.az

Paylaş:
654

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər