Unibank-ın yeni filialı fəaliyyətə başlayıb
Öz müştəriləri üçün xidmət imkanlarını gündən-günə yaxşılaşdıran Unibank-dan xoş xəbər var.
Artıq Unibank filialını tapmaq daha ASAN oldu. Bankın 1 saylı ASAN Kommunalda (Həsən Əliyev 36) yeni filialı fəaliyyətə başlayıb. Daha əlçatan və digər xidmətlərin mövcud olduğu bir ünvanda yerləşən filial, müştərilərinə geniş bank xidmətləri təklif edir.
Filial müştərilərə kassa hesablaşma əməliyyatları, kredit verilməsi, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar daxil olmaqla, bütün bank xidmətlərini göstərir. Yüksəksəviyyəli xidmətdən və keyfiyyətli bank məhsullarından faydalanmaq istəyən hər kəs Unibank-ın ASAN Kommunalda yerləşən filialına müraciət edə bilər.
Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə Unibank-ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək fəaliyyət göstərir. Banka gəlmədən də bank xidmətlərinin əksər hissəsindən Unibank Mobile-ın (http://onelink.to/ffdbwf) köməyi ilə istifadə edə bilərsiniz.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Unibank - hər kəsin bankı!
Unibank haqqında
Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində fəaliyyətə başlayan Unibank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, bank ölkə bank sektorunun liderləri siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 800 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15% pay) və “DEG” Almaniya İnvestisiya Şirkəti (8,33% pay) Unibank-ın səhmdarları sırasındadır. Unibank tərəfindən iki törəmə müəssisə –“Unileasing” lizinq şirkəti və Unicapital İnvestisiya Şirkəti təsis edilib. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 25 illik fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.