İdmançımız suyatullanma yarışlarında gümüş medal qazanıb | 1news.az | Xəbərlər
İdman

İdmançımız suyatullanma yarışlarında gümüş medal qazanıb

18:22 - 20 / 05 / 2017
İdmançımız suyatullanma yarışlarında gümüş medal qazanıb

Mayın 20-də IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında 10 metr hündürlükdən suyatullanma yarışında Azəbaycan idmançısı Artyom Danilov 308,70 xal toplayaraq gümüş medala sahib olub.

1news.az –ın məlumatına görəyarışda fəxri kürsünün ən yüksək pilləsinə türkiyəli Kıvanc Gur qalxıb. O, final mərhələsində 320,95 xal toplayaraq qızıl medal qazanıb.

Fəxri kürsünün üçüncü pilləsində 303, 65 xalla iranlı Şahnam Nazarpour qərarlaşıb.

1news.az

 

Paylaş:
683

Son xəbərlər

Bütün xəbərlər