Cəmaləddin Maqomedov "Bakı2017"nin çempionu olub | 1news.az | Xəbərlər
İdman

Cəmaləddin Maqomedov "Bakı2017"nin çempionu olub

20:18 - 20 / 05 / 2017
Cəmaləddin Maqomedov "Bakı2017"nin çempionu olub

İslamiadanın sərbəst güləş yarışlarının sonuncu qarşılaşmasında qalib gələn Azərbaycan pəhləvanı Cəmaləddin Maqomedov qızıl medal qazanıb.

1news.az xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasına baxıblar.

Yarışlarda 125 kiloqram çəki dərəcəsində mübarizə aparan dünya və Avropa ikincisi, Dünya Kubokunun qalibi olan Cəmaləddin Maqomedov həlledici qarşılaşmada Qazaxıstan pəhləvanı Daulet Şabanbay ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə 12:8 hesabı ilə qalib gələn pəhləvanımız IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

1news.az

Paylaş:
751

Son xəbərlər

Bütün xəbərlər