Ərdoğan yenidən AKP sədri seçilib | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan yenidən AKP sədri seçilib

20:22 - 21 / 05 / 2017
Ərdoğan yenidən AKP sədri seçilib

Bu gün Ankara keçirilən Ədalət və İnkişaf Partiyasının (AKP) növbədənkənar qurultayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 998 günlük fasilədən sonra yenidən partiyanın sədri seçilib.

1news.az-ın məlumatına görə, gizli səsvermədə Prezident Ərdoğanın namizədliyini 1414 nümayəndə dəstəkləyib.

Növbədənkənar qurultay Rəcəb Tayyib Ərdoğanın partiya rəhbəri seçilməsi üçün keçirilib.

Türkiyə lideri bu il aprelin 16-da keçirilən Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumun nəticələri elan olunduqdan sonra AKP sədrliyinə qayıtmaq barədə qərar verib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan partiyanın sədri postundan 2014-cü ilin avqustunda istefa vermişdi.

1news.az

Paylaş:
951

Son xəbərlər

Bütün xəbərlər