Qadın güləşçimiz İslamiadanın qızıl medalını qazandı | 1news.az | Xəbərlər
İdman

Qadın güləşçimiz İslamiadanın qızıl medalını qazandı

12:39 - 21 / 05 / 2017
Qadın güləşçimiz İslamiadanın qızıl medalını qazandı

Mayın 21-də Azərbaycanın qadın güləşçisi Leyla Qurbanova IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

1news.az xəbər verir ki, Leyla Qurbanova (53 kq) ilk görüşdə Türkiyə təmsilçisi Burcu Kevicini tam üstünlüklə məğlub edib.

İkinci oyunda qazaxıstanlı Aygül Nuralimi 6:0 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi qadın güləşçilərimizin İslamiadada ilk qızıl medalına sahib olub.

Beləliklə, Azərbaycanın qadın güləşçiləri IV İslam Həmrəyliyi Oyunlarına qızıl medalla start veriblər.

1news.az

Paylaş:
815

Son xəbərlər

Bütün xəbərlər