İsveçrədə yaşayan azərbaycanlılar Rusiyanın dövlət qurumlarına müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

İsveçrədə yaşayan azərbaycanlılar Rusiyanın dövlət qurumlarına müraciət edib

14:01 - 22 / 05 / 2017
İsveçrədə yaşayan azərbaycanlılar Rusiyanın dövlət qurumlarına müraciət edib

İsveçrədə Azərbaycanlıların Mədəniyyəti Dərnəyi Rusiya Federasiyasının Preizdenti, Rusiya Federasiyasının Ali Məhkəməsi, Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı bəyanat ünvanlayıb.

Bəyanatda ÜAK-ın qeydiyyatının ləğvi məsələsi ilə bağlı dərin təəssüf hissi ifadə olunub. “İsveçrədə yaşayan azərbaycanlıları birləşdirən böyük bir təşkilat kimi bilirik ki, diasporla işin qurulması, vətənlə mədəni əlaqələrin qorunub saxlanılması çətindir. Ümumrusiya Azərbaycan Konqresinin də işinin necə çətin olduğunu bilirik”.

1news.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, müraiəctdə daha sonra deyilir:

“İnsanların ruh yüksəkliyi ilə yaradılan, öz mədəni əlaqələrini qoruyub saxlayan və ölkənin qanunları ilə cəmiyyətdə harmoniya şəklində yaşamağı arzulayan bir təşkilat kimi sizi bu qərarın nəticələri barədə düşünməyə çağırırıq. Bu qərarla siz Rusiya Federasiyasının ərazisində yaşayan insanları dilini və mədəniyyətini öyrənməkdən, bayramlarını qeyd etməkdən və tarixi vətənlə mədəni  əlaqələrini qoruyub saxlamaqdan məhrum edə bilərsiniz”.

Bəyanatda Rusiya Federasiyasının dövlət strukturlarının bütün millətlərə və etnik qruplara tolerant münasibətini bilərək bu anlaşılmazlığın tezliklə həll olunacağına, Ümumrusiya Azərbaycan Konqresinin  yenə də Rusiyada Azərbaycan diasporunu  fəxrlə təmsil edəcəyinə  inam ifadə olunub. 

Mövzu ilə əlaqədar oxuyun:

Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatını ləğv edib

Hikmət Hacıyev: ÜAK-ın ləğv edilməsi ciddi təəssüf və təəccüb doğurur

Diaspora Komitəsi ÜAK-ın bağlanması ilə bağlı bəyanat verdi

S.Xankişiyeva

Paylaş:
582

Son xəbərlər

Bütün xəbərlər