Kimlər valyutadəyişmə məntəqəsinə sahib ola bilər? - Ekspert şərhi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kimlər valyutadəyişmə məntəqəsinə sahib ola bilər? - Ekspert şərhi

10:02 - 22 / 05 / 2017
Kimlər valyutadəyişmə məntəqəsinə sahib ola bilər? - Ekspert şərhi

Azərbaycanda valyutadəyişmə məntəqələri qısa müddət sonra yenidən fəaliyyətə başlayacaq. Bu məntəqələrin fəaliyyətinin bərpa edilməsi üçün nələrə ehtiyac var və kimlər valyuta dəyişməsi məntəqəsinə sahib ola bilər?

1news.az-ın məlumatına görə, bununla bağlı məsələyə aydınlıq gətirən iqtisadçı ekspert Vüqar Bayramov deyib ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanuna edilən dəyişikliklərə əsasən artıq fiziki şəxslər də valyuta dəyişmə məntəqəsi sahibi ola bilərlər.

Bunun üçün girov da tələb edilir. Belə ki, qanunvericiliyə əsasən, girov vəsaitinin məbləği məntəqənin yerləşdiyi yerdən asılı olaraq dəyişir:

“Əgər məntəqə Bakıda fəaliyyət göstərəcəksə, o zaman 50 min manat və 50 min  dollar girova ehtiyac olacaq. Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində valyutadəyişmə məntəqələrinə sahib olmaq istəyənlər 25 min  manat və 25 min  dollar ödəməli olacaq.

Digər bölgələrdə bu işi həyata keçirmək istəyənlər isə girov formasında 10 min  manat və 10 min dollar ödəməlidirlər. Qeyd edim ki, girov passiv vəsait kimi təqdim edilir və bu rüsum kimi qəbul edilməməlidir”.

Ekspert əlavə edib ki,  valyutadəyişmə məntəqəsinə sahib olmaq istəyən şəxsin lisenziyası olmalıdır:

“Bunun üçün o, Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etməlidir. Bu zaman ərizə ilə yanaşı ərizəçinin rezident hüquqi şəxs (qeyri-rezident hüquqi şəxsin filialı olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın) sənədinin surəti, ərizəçi rezident fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti, ərizəçinin vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınması barədə şəhadətnamənin surəti, ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti, rezident hüquqi şəxsin nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti, Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergilərlə bağlı dövlət büdcəsinə borcu və digər öhdəliyi (Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada borcun ödənilməsinə möhlət verilməsi və (və ya) vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin dəyişdirilməsi halları istisna olmaqla) olmaması barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış, təsisçinin (təsisçilərin) iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə məhkumluğunun olmaması haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış, girov məbləğinin ödənilməsi barədə bank sənədi də təsdiq edilməlidir.

Qanunvericiliyə əsasən, ərizə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qəbul edilir və həmin gün qeydiyyata alınır. Palata ən geci 3 iş günü müddətində ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə arayış verməlidir.

Ərizə və sənədləri doğruluğunu yoxlayan palata ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və lisenziyanın verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 iş günündən gec olmayaraq palata onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim etməlidir. Qanunvericiliyə əsasən, bütün çatışmazlıqlar, eyni zamanda, ərizəçiyə bildirilməlidir.

Əgər çatışmazlıq aşkar edilərsə, o zaman ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır.

Qanunvericilikdə eyni zamanda lisenziyanın forması və hansı məlumatların orada əks olunması məsələləri də öz əksini tapıb”.

Qanunda edilən dəyişikliklər ilə Nazirlər Kabinetinin normativ hüquqi aktlarının uyğunlaşdırılması üçün 3 ay vaxt müəyyənləşdirilib.

Pərvanə Sultanova

 

Paylaş:
749

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər