Baş katib Azərbaycana təşəkkür etdi | 1news.az | Xəbərlər
İdman

Baş katib Azərbaycana təşəkkür etdi

22:32 - 22 / 05 / 2017
Baş katib Azərbaycana təşəkkür etdi

“Bu əlamətdar İslam Həmrəyliyi Oyunları Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, Birinci vitse-prezidenti və “Bakı-2017”nin Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın və Təşkilat Komitəsində çalışanların fəaliyyəti sayəsində mümkün oldu”.

1news.az-ın məlumatına görə, bunu İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdüləziz Al Nasser deyib.

Faisal Abdüləziz Al Nasser İslam Həmrəyliyi İdman Federasiyası adından idmançılara Oyunlarda iştirak etdiklərinə, könüllülərə “Bakı-2017”yə verdikləri töhfəyə və Azərbaycan xalqına göstərdiyi fədakarlığa, çox böyük qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi deyib: “Dörd ildən sonra “İstanbul 2021” Oyunlarını qeyd etmək üçün bir daha bizə qoşulmağınızı səmimiyyətlə arzulayıram. Sağ ol, Bakı! Sağ ol, Azərbaycan!”.

1news.az

 

 

Paylaş:
707

Son xəbərlər

Bütün xəbərlər