Ermənistanın hakim partiyası 46 mandat qazandı | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanın hakim partiyası 46 mandat qazandı

10:49 - 22 / 05 / 2017
Ermənistanın hakim partiyası 46 mandat qazandı

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) mayın 14-də Ağsaqqallar şurasına  keçirilmiş seçkilərinin yekun nəticələrini açıqlayıb.

1news.az “aysor.am”a istinadla xəbər verir ki, MSK-nın məlumatına görə, hakim Respublika partiyası Ağsaqqallar Şurasında 46 mandat əldə edib.

 "Elk" bloku 14,  "Yerkir tsirani" partiyası isə 5 mandat əldə edib.

 Qeyd edək ki, İrəvanın ictimai həyatında vacib rolu olan Ağsaqqallar şurasına seçkilər çoxsaylı qanun pozuntusu ilə müşahidə olunub.

Pərvanə Sultanova

Paylaş:
891

Son xəbərlər

Bütün xəbərlər