Səfir: "Azərbaycanla bütün sahələrdə əməkdaşlığın inkişafında maraqlıyıq"
“Rumıniya Azərbaycanla bütün sahələrdə əməkdaşlığın inkişafında maraqlıdır”.
1news.az-ın məlumatına görə, bunu Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku deyib.
O bildirib ki, iki ölkənin əməkdaşlığının ənənəvi sahələri olan enerji və nəqliyyatdan başqa təhsil, mədəniyyət kimi digər sahələri inkişaf edirməlidir.
Diplomatın sözlərinə görə, prioritetləri sırasına iki ölkə arasında insanlararası əlaqələri gücləndirmək də daxildir:
"Biz uğurla irəliləyirik. Azərbaycan gənc və dinamik ölkədir. Bu ölkə inkişaf üçün böyük potensiala malikdir. Hesab edirəm ki, ölkənin kənd təsərrüfat və turizm sahəsində böyük potensialı var və bu, turistlər və investorlar tərəfindən kəşf edilməlidir.
Rumıniyalı investorlar da Azərbaycanla kontaktları genişləndirmək istəyir. Azərbaycan regionda böyük və dinamik bazardır, 10 milyonluq istehlakçı var.
Səfir əlavə edib ki, iki ölkə arasında birgə hökumətlərarasıarası komissiyanın iclasının keçirilməsi də gündəmdədir:
"Sonuncusu 2009-cu ildə olub. İclasın keçirilməsi hazıdlıq prosesindən asılıdır. Ölkələrimiz arasında ticarət dövriyyəsi ötən il 170 milyon dollar təşkil edib. Bunun böyük hissəsi neft sektorunun payına düşür. Biz digər sahələri də inkişaf etdirmək istəyirik".
Pərvanə Sultanova