Bank Respublika 25 yaşını qeyd edib – FOTO
Müstəqil Azərbaycanın ilk banklarından olan Bank Respublika-nın 25 yaşı tamam oldu.
Bank 22 may 1992-ci ildə təsis olunub və fəaliyyətinin ilk vaxtlarından müştərilərin rəğbətini qazanıb.
Bu gün Bank Respublika ölkə banklarının ilk onluğunda yer tutur və “Sizə Faydalı” şüarına sadiq qalaraq fiziki, həmçinin hüquqi şəxslərə effektiv maliyyə xidmətlərini tam çeşiddə təqdim edir.
Bankın səhmdarları sırasında Almaniyanın iki tanınmış maliyyə institutu təmsil olunur – KfW (Almaniyanın Dövlət Bankı) bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust.
Yubiley münasibətilə bank bir çox sürprizlərlə öz müştərilərini bütün il boyu sevindirəcək. İlk iki kampaniyaya artıq start verilib. Kampaniya çərçivəsində nağd kreditlər 0% komissiya ilə təklif olunur. Bundan başqa, may ayında doğulanlara plastik kartlar ilkin mədaxilsiz təqdim olunur.
Yaxın günlərdə Bank Respublika aktual maliyyə məhsulları üzrə müştərilər üçün yeni imkanlar yaradan daha iki kampaniyaya başlayır.
Bank 25 yaşını öz müştəri və tərəfdaşları ilə birgə bankın filial şəbəkəsi üzrə və Baş Ofisində bayram tədbiri təşkil edərək qeyd etdi.
Bank Respublika, 25 il Sizə faydalı!
Reklam hüququnda