Hikmət Hacıyev: Mirzəyanın vətəni olan Ermənistan hərbi gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal edib | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Mirzəyanın vətəni olan Ermənistan hərbi gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal edib

16:49 - 23 / 05 / 2017
Hikmət Hacıyev: Mirzəyanın vətəni olan Ermənistan hərbi gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal edib

“Azərbaycanın qonşu dövlətlərlə münasibətlər qurması məsələsində kiminsə, xüsusən erməni əsilli Qevorq Mirzəyan adlı şəxsin şübhəli, ədəbsiz şərhinə və təhlilinə ehtiyacı yoxdur”.

1news.az-ın verdiyi xəbərə görə, bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Qevork Mirzəyan adlı müəllifin Rusiyanın “RİA Novosti” (ria.ru) informasiya agentliyində dərc edilmiş “Кавказский псевдотриумвират: почему не будет оси Баку — Тбилиси — Анкара” adlı məqaləsi ilə bağlı deyib.

O bildirib ki, Ermənistan istisna olmaqla, Azərbaycanın bütün qonşuları ilə qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan əlaqələri var.

“Soyuq müharibə” əhval-ruhiyyəsində olan və terminologiyasından istifadə edən Qevorq Mirzəyana xatırlatmaq istərdim ki, Azərbaycan mehriban qonşuluq siyasəti yürüdərək Cənubu Qafqazda və onun hüdudlarından kənarda uğurlu və qarşılıqlı faydalı regional əməkdaşlıq modellərinin müəllifidir. Mirzəyanın vətəni olan Ermənistan hərbi gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal edib, işğal olunmuş ərazilərdə Azərbaycan xalqına qarşı qanlı etnik təmizləmə törədib.

Ermənistanın destruktiv siyasəti Cənubi Qafqazda sülhün, tam və hərtərəfli regional əməkdaşlığın formalaşmasına ciddi maneədir. Türkiyənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində mövqeyinə gəldikdə isə Mirzəyana xatırlatmaq istərdim ki, Türkiyənin münaqişənin həllində mövqeyi ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əsaslanır. Rusiyanın dövlət informasiya agentliyində belə bir yazıya yer verilməsi ciddi sual doğurur. Görəsən bu məqsədyönlü xarakter daşımır ki?”.

S.Xankişiyeva

Paylaş:
641

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər