Azərbaycan, İran və Türkiyə Stolüstü Tennis Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb | 1news.az | Xəbərlər
İdman

Azərbaycan, İran və Türkiyə Stolüstü Tennis Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

21:41 - 23 / 05 / 2017
Azərbaycan, İran və Türkiyə Stolüstü Tennis Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

Ölkəmizdə keçirilən 4-cü İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan, İran və Türkiyə Stolüstü Tennis Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb.

1news.az-ın məlumatına görə, Memorandumu iqtisadiyyat naziri, Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayev, İran Stolüstü  Tennis Federasiyasının prezidenti Mehrdad Əliqardaşi və Türkiyə Stolüstü Tennis Federasiyasının prezidenti Kerim Koç  imzalayıblar.

Memorandum idmançıların peşəkarlığının artırılmasını, təcrübə mübadiləsi üçün qarşılıqlı klub-liqa yarışlarında iştirakını, birgə təlim-məşq toplanışlarını və turnirlərin təşkilini, ev sahibi olduğu turnirlərdə digər tərəfin idmançılarının dəvət olunmasını nəzərdə tutur.   

Babək Cahandarov

Paylaş:
832

Son xəbərlər

Bütün xəbərlər