XİN: Britaniyadakı partlayışda ölən və yaralananlar arasında azərbaycanlıların olması araşdırılır | 1news.az | Xəbərlər
Siyasət

XİN: Britaniyadakı partlayışda ölən və yaralananlar arasında azərbaycanlıların olması araşdırılır

10:32 - 23 / 05 / 2017
XİN: Britaniyadakı partlayışda ölən və yaralananlar arasında azərbaycanlıların olması araşdırılır

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Mançester şəhərində baş vermiş partlayışda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olmasını yerli orqanlar vasitəsilə araşdırır.

1news.az-ın verdiyi xəbərə görə, bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

“Hər hansı xəbər olduğu təqdirdə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, İngiltərənin Mançester şəhərində, "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Partlayış nəticəsində 19 nəfər həlak olub, 59 nəfər isə yaralanıb.

Mövzu ilə əlaqədar oxuyun:

Mançesterdə konsertdə partlayış: Çox sayda ölən və yaralanan var – FOTO – VİDEO

Mey Mançesterdəki partlayışları “dəhşətli terror” adlandırıb

S.Xankişiyeva

Paylaş:
562

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər