İslamiada üçün çəkilmiş xüsusi zolaqlarda hərəkətə görə məhdudiyyət götürülüb
Bakının Yol Polisi İdarəsi IV İslam Oyunları ilə bağlı çəkilmiş xüsusi zolaqlarda hərəkətə görə qadağanı vaxtından əvvəl ləğv edib.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib:
“Paytaxt sakinlərinin çoxsaylı müraciətlərini, eləcə də şəhərdə nəliyyatların rahat hərəkətini nəzərə alaraq qadağa vaxtından əvvəl qaldırılır.
Bu gün, 23 may saat 12:00-dan etibarən IV İslam Oyunları ilə bağlı çəkilmiş xüsusi zolaqlarda hərəkətə görə qadağa tamamilə qaldırılacaq. Bu andan etibarən sürücülər bu zolarlarda rahat hərəkət edə bilərlər”.
Xatırladaq ki, daha əvvəl Yol Polisi İdarəsi bəyan etmişdi ki, qadağanın ləğvi mayın 25-də baş tutacaq.
1000-ə yaxın sürücü İslamiada üçün çəkilmiş xüsusi zolaqlara görə cərimələndi
Tərcümə: S.Xankişiyeva