Britaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirildi
Mançester şəhərində baş vermiş partlayışla əlaqədar Böyük Britaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə Birləşmiş Krallığın Bakıdakı səfirliyindən bildiriblər.
Qeyd edək ki, bu gecə "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər ölüb, 59 nəfər xəsarət alıb.
Mövzu ilə əlaqədar oxuyun:
İŞİD Mançesterdəki terrora görə məsuliyyəti üzərinə götürdü
Mançesterdə konsertdə partlayış: Çox sayda ölən və yaralanan var – FOTO – VİDEO
Mey Mançesterdəki partlayışları “dəhşətli terror” adlandırıb
S.Xankişiyeva
549