Türkiyənin məşhur futbolçusu saxlanıldı – FOTO | 1news.az | Xəbərlər
Dünya

Türkiyənin məşhur futbolçusu saxlanıldı – FOTO

13:41 - 23 / 05 / 2017
Türkiyənin məşhur futbolçusu saxlanıldı – FOTO

Bu gün səhər saatlarında Türkiyənin hüquq-mühafizə orqanları lüks avtomobil qaçaqmalçılığı ilə bağlı cinayət işi çərçivəsində genişmiqyaslı əməliyyat keçiriblər.

1news.az-ın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, İstanbul Jandarma Komandanlığı tərəfindən 20 ünvanda həyata keçirilən əməliyyat zamanı 100-ə yaxın insan saxlanılıb.

Saxlanılanlar arasında “Fənərbağça” futbol komandası və Türkiyə milli komandasının oyunçusu Ozan Tufan da var. O cinayətkar şəbəkədən lüks avtomobil almaqda şübhəli bilinir.

Qeyd edək ki, O.Tufan bu ilin mart ayında yeni aldığığı “Maserati” markalı avtomobillə gündəmə gəlmişdi.

Babək Cahandarov

Paylaş:
863

Son xəbərlər

Bütün xəbərlər