İlham Əliyev Macarıstana səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev Macarıstana səfər edəcək

14:48 - 24 / 05 / 2017
İlham Əliyev Macarıstana səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev Macarıstana səfər edəcək.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə məlumat verən Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski səfərin bu ilin oktyabrına planlaşdırıldığını deyib.

Diplomat bildirib ki, bu səfər dinamik inkişaf edən münasibətləri daha gücləndirəcək:

“Son 25 ildə siyasi rəhbərlər arasında bir sıra yüksək səviyyəli vacib səfərlər həyata keçirilib. Azərbaycan prezidentinin 2014-cü ildə Budapeşt səfərindən sonra əlaqələr strateji səviyyəyə qalxıb. Baş nazir Viktor Orbanın 2016-cı ildə Azərbaycana səfərindən sonra isə səfərlərin mütəmadi olaraq həyata keçirilməsi qərara alınıb”.

S.Xankişiyeva

Paylaş:
831

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər