İtaliyada qatarların hərəkəti dayandırıldı: bomba həyəcanı | 1news.az | Xəbərlər
Dünya

İtaliyada qatarların hərəkəti dayandırıldı: bomba həyəcanı

16:42 - 24 / 05 / 2017
İtaliyada qatarların hərəkəti dayandırıldı: bomba həyəcanı

İtaliyanın Abrutso vilayətində dəmir yolu xəttində qatarların hərəkəti dayandırılıb.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, buna səbəb dəmir yolu işçilərinin Montesilvani və Silvi şəhərləri arasında yerləşən xəttdə içərisində məftillər olan sellofan paket aşkar etmələri olub.

Hazırda həmin bölgəyə giriş-çıxış bağlanıb.

Hadisə yeri polisin nəzarətinə götürülüb, paketin araşdırılması üçün xüsusi briqada gözlənilir.

S.Xankişiyeva

Paylaş:
648

Son xəbərlər

Bütün xəbərlər