Times: "Mançesterdəki terrorun icraçısı bu yaxınlarda Liviyaya səfər edibmiş"
Mançesterdəki terror aktının icraçısı Salman Abedi bu yaxınlarda Liviyaya səfər edibmiş.
1news.az xəbər verir ki, bu barədəBritaniyanın The Times nəşri yazıb.
Abedinin məktəb yoldaşı və dostu olmuş şəxs bildirib ki, üç həftə əvvəl Liviyaya səfər edən Abedi bir neçə gün əvvəl Londona qayıdıb.
Hazırda polis və kəşfiyyat xidməti onun Liviya düşərgəsində yaraqlılar hazırlaya bilməsi faktını araşdırır.
The Daily Mirror isə yazıb ki, Abedi yüzlərlə britaniyalını Suriyaya getməyə və "İslam Dövləti"nə qioşulmağa inandıra bilib.
Xatırladaq ki, Mançesterdə konsert zamanı törədilmiş terror aktı zamanı 22 nəfər ölüb, 120 nəfər yaralanıb. İŞİD partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
Pərvanə Sultanova
553