Londonda ən yüksək terror təhlükəsi səviyyəsi elan edilib
Böyük Britaniya hökuməti Mançesterdə baş verən partlayışdan sonra terror təhlükəsi səviyyəsini maksimuma qaldırmaq qərarına gəlib.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə Birləşmiş Krallığın hökumət başçısı Tereza Mey kabinet üzvləri ilə gün ərzində ikinci dəfə keçirilən təcili iclasdan sonra bildirib.
Bu, Britaniya tarixində terror təhlükəsi səviyyəsinin üçüncü dəfə maksimim səviyyəyə qaldırılması halıdır.
2013-cü ildə Londonun şərqində hərbçi Li Riqminin qətlinə və 2017-ci ilin martında parlament binası qarşısında törədilən terror aktına, həmçinin Avropada silsilə hücumlara baxmayaraq, Britaniya hökuməti terror təhlükəsi səviyyəsini qaldırmaqdan imtina etmişdi.
Qeyd edək ki, ötən gecə "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər ölüb, 59 nəfər xəsarət alıb.
Mövzu ilə əlaqədar oxuyun:
İŞİD Mançesterdəki terrora görə məsuliyyəti üzərinə götürdü
Mançesterdə konsertdə partlayış: Çox sayda ölən və yaralanan var – FOTO – VİDEO
Mey Mançesterdəki partlayışları “dəhşətli terror” adlandırıb
S.Xankişiyeva