Avropa Liqasında final görüşü: “Ayaks” “Mançester Yunayted”ə qarşı | 1news.az | Xəbərlər
Futbol

Avropa Liqasında final görüşü: “Ayaks” “Mançester Yunayted”ə qarşı

12:20 - 24 / 05 / 2017
Avropa Liqasında final görüşü: “Ayaks” “Mançester Yunayted”ə qarşı

Bu gün qitənin ikinci dərəcəli klub turniri olan Avropa Liqasının final oyunu keçiriləcək.

1news.az-ın məlumatına görə, həlledici görüşdə Hollandiyanın “Ayaks” və İngiltərənin “Mançester Yunayted” klubları üz-üzə gələcək.

“Mançester Yunayted” görüşün əsas favoriti kimi göstərilsə də, son vaxtlar yaxşı oyunu ilə azarkeşlərini sevindirən “Ayaks”ın şansları da yüksək qiymətləndirilir.

Qarşılaşma öncəsi hər iki komandanın heyətlə bağlı problemləri var. Hollandiyalıların çalışdırıcısı Peter Bos iki futbolçunun xidmətindən məhrumdu. O, zədəli Deyli Sinkqraven və yarımfinalda qırmızı vərəqə alan Nik Virqeverə güvənə bilməyəcək.

Mançesterlilərin “sükanı arxası”nda olan Joze Mourinyonun da problemləri başından aşır. Roxo, Şou, Yanq, və İbrahimoviçin zədəli olması İngiltərə klubunun işini çətinləşdirir. Bayi isə qırmızı vərəqə aldığından, cəzalı durumdadı.

Avropa Liqası

Final

24 may

22:45. “Ayaks” (Hollandiya) – “Mançester Yunayted” (İngiltərə)

Baş hakim: Damir Skomina

Baş hakimin köməkçiləri: Yure Praprotnik, Robert Vukan

Əlavə hakim köməkçiləri: Matey Yuq, Slavko Vinçiç

Hakimin ehtiyat köməkçisi: Tomaş Klançnik (hamısı Sloveniya)

Dördüncü hakim: Canluka Roççi (İtaliya)

Stokholm. “Frends Park” stadionu

Babək Cahandarov

Paylaş:
1102

Son xəbərlər

Bütün xəbərlər