MN: Ermənistanın beynəlxalq qurumlara böhtan ataraq onları açıq surətdə şantaj etməsi sistematik şəkil alır | 1news.az | Xəbərlər
Siyasət

MN: Ermənistanın beynəlxalq qurumlara böhtan ataraq onları açıq surətdə şantaj etməsi sistematik şəkil alır

17:01 - 25 / 05 / 2017
MN: Ermənistanın beynəlxalq qurumlara böhtan ataraq onları açıq surətdə şantaj etməsi sistematik şəkil alır

Ermənistanın beynəlxalq qurumlara böhtan ataraq onları açıq surətdə şantaj etməsi artıq sistematik şəkil alır.

1news.az-ın verdiyi xəbərə görə, bunu Ermənistan mətbuatının növbəti dəfə guya Azərbaycan tərəfinin monitorinq zamanı ATƏT-in missiyasını ön mövqelərə çıxarmaması barədə xəbərini şərh edərkən Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 25-də Tərtər rayonu ərazisində Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinqin insidentsiz başa çatması beynəlxalq missiya tərəfindən rəsmi surətdə təsdiqlənib:

"Ermənistan tərəfi də monitorinqin qrafikə uyğun keçirilməsi və atəşkəs rejiminin pozulmaması barədə xəbər yayıb. Lakin həmin xəbərdə Azərbaycan tərəfinin guya ATƏT-in missiyasını təmas xəttinə çıxarmadığı da bildirilib".

Nazirlik bildirir ki, martın 1-də Ağdam rayonunun Çəmənli kəndi istiqamətində keçirilmiş monitorinqdən sonra da erməni tərəfi bu cür təxribat xarakterli məlumat yayıb:

"Bir daha bildiririk ki, monitorinqin keçirilməsi mexanizminə uyğun olaraq, beynəlxalq müşahidəçilər əvvəl rabitə sonra isə vizual əlaqə yaradaraq nə vaxt, hansı nöqtədə olmalarını, eləcə də digər detalları özləri müəyyən edir, monitorinqin baş tutması və sona çatmasını orada iştirak edən səhra köməkçiləri təsdiq edirlər. Əgər münaqişə tərəflərindən biri monitorinqin keçirilməsinə istənilən bir formada problem yaradarsa, bu barədə elə ilk məlumat verən həmin müşahidəçilər olacaq.

Ermənistan mütəmadi olaraq bu kimi böhtan xarakterli yalan məlumatlar yaymaqla beynəlxalq qurumları sistematik şəkildə şantaj etmək, onların fəaliyyətinə kölgə salmaq və etimadına xələl gətirmək məqsədini güdür".

S.Xankişiyeva

Paylaş:
521

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər