Naftalanda əsl cəbbəxana aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Naftalanda əsl cəbbəxana aşkarlanıb

15:56 - 26 / 05 / 2017
Naftalanda əsl cəbbəxana aşkarlanıb

Mülki şəxslərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə daxili işlər orqanları əməkdaşları tərəfindən növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Naftalan Şəhər Polis Şöbəsinə ərazidəki fermalardan birində silah-sursat saxlanılması barədə məlumat daxil olub. Bununla əlaqədar mayın 24-də Goranboy rayon sakini Adil Süleymanova məxsus, biri-birinin yaxınlığında yerləşən iki fermaya polis əməkdaşları tərəfindən baxış keçirilib.

Nəticədə hər iki tikilinin ərazisindən xeyli miqdarda silah-sursat - 3 ədəd “TOZ-8”, 3 ədəd “İJ-16” markalı tüfənglər, 1 ədəd “RQD-5”, 1ədəd “F-1” qumbaraları, 1 ədəd patron darağı, 1 süngü bıçaq və 462 ədəd müxtəlif çaplı patron aşkar edilrək götürürüb.

Araşdırma zamanı A.Süleymanov silahları Laçın rayonundan qaçqın düşərkən özü ilə gətirdiyini bildirib. Məlum olub ki, o, həmin tüfənglərdən yalnız birini ov silahı kimi qeydiyyatdan keçirib. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Babək Cahandarov

Paylaş:
767

Son xəbərlər

Bütün xəbərlər