“Moody`s” Azərbaycan Beynəlxalq Bankının depozit reytinqini endirib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Moody`s” Azərbaycan Beynəlxalq Bankının depozit reytinqini endirib

15:57 - 26 / 05 / 2017
“Moody`s” Azərbaycan Beynəlxalq Bankının depozit reytinqini endirib

Azərbaycan Beynəlxalq Bankının xarici valyutada yüksək təminatsız kredit reytinqi "Caa3" səviyyəsindədir.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə "Moody's" reytinq agentliyi məlumat yayıb.

Reytinq agentliyi bildirir ki, "Moody`s" bankın xarici və yerli valyutada uzunmüddətli depozit reytinqini "B1" səviyyəsindən "Caa2" səviyyəsinə endirib.

Depozit reytinqinin aşağı salınmasını agentlik bu cür izah edib: "Bundan öncə hökumətin banka maliyyə yardımının mümkünlüyü "çox yüksək" səviyyədə qiymətləndirirdiksə, hal-hazırda bunu "yüksək" kimi qiymətləndiririk. Hökumət və bankın birgə açıqlamasında restrukturizasiya prosesinin fiziki şəxslərin əmanətlərinə və korporativ depozitlərə təsiri etməyəcəyi bəyan olunub".

S.Xankişiyeva

Paylaş:
1145

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər