Tramp: Azərbaycan ABŞ-ın dəyərli tərəfdaşıdır
Azərbaycan Amerika Birləşmiş Ştatlarının dəyərli tərəfdaşıdır. Biz birgə səylərimizlə terrorizmə qarşı mübarizə apararaq qlobal təhlükəsizliyi möhkəmləndirmək üçün çalışırıq.
Biz Azərbaycan xalqının yanındayıq və təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərimizin möhkəmləndirilməsinə sadiqik.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, bu fikirlər Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 28 May - Respublika Günü münasibətilə göndərdiyi təbrik məktubunda yer alıb.
“Bu mühüm tarix münasibətilə Sizi təbrik edirəm və həm ölkələrimiz, həm də dünya üçün daha gözəl gələcək naminə Sizinlə fəal tərəfdaşımız kimi işləməyi səbirsizliklə gözləyirəm”, - deyə ABŞ Prezidenti məktubda qeyd edir.
S.Xankişiyeva