Oğlu tərəfindən öldürüldüyü ehtimal edilən qadının adı məlum olub - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Oğlu tərəfindən öldürüldüyü ehtimal edilən qadının adı məlum olub - YENİLƏNİB

21:05 - 27 / 05 / 2017
Oğlu tərəfindən öldürüldüyü ehtimal edilən qadının adı məlum olub - YENİLƏNİB

Mingəçevir şəhərində oğlu tərəfindən öldürüldüyü ehtimal edilən qadının adı məlum olub.

1news.az "Report"a istinadla xəbər verir ki, həmin şəxs 1967-ci il təvəllüdlü Kəmalə Məhərrəmovadır.

O, yaşadığı evdə qətlə yetirilib.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, hadisənin qadının oğlu Nail Məhərrəmov tərəfindən törədildiyi ehtimal edilir.

20:55

Mingəçevir şəhərində yerli sakin anasını qətlə yetirib.

1news.az "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin Xətai küçəsində qeydə alınıb.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı araşdırmalar aparılır.

1news.az

Paylaş:
851

Son xəbərlər

Bütün xəbərlər