G7 liderləri dövlətlərin ərazi bütövlüyünə riayət olunmasının tərəfdarıdırlar | 1news.az | Xəbərlər
Dünya

G7 liderləri dövlətlərin ərazi bütövlüyünə riayət olunmasının tərəfdarıdırlar

14:45 - 28 / 05 / 2017
G7 liderləri dövlətlərin ərazi bütövlüyünə riayət olunmasının tərəfdarıdırlar

Böyük 7-lik (G7) beynəlxalq hüquqa əsaslanan, bütün dövlətlərin ərazi bütövlüyünü, suverenliyini və siyasi müstəqilliyini təmin edən və insan hüquqlarının müdafiəsinə zəmanət verən, beynəlxalq intizamın möhkəmlənməsində maraqlıdır.

1news.az trend-ə istinadən xəbər verir ki, bu barədə G7-nin sammitinin yekunları üzrə qəbul olunmuş kommünikedə deyilir.

"Bizim dünyanın, milyonlarla günahsız insanlara toxunan, gələcək nəsillərin sağlam inkişafına mane olan, münaqişələrin həllinə tam sadiqliyimizə ehtiyacı var", - kommünikedə deyilir.

G7-nin 43 sammiti 26-27 may İtaliyanın Taormine şəhərində keçirilib.

1news.az

Paylaş:
720

Son xəbərlər

Bütün xəbərlər