Ağır yol qəzası: bir ailənin 15 üzvü öldü | 1news.az | Xəbərlər
Dünya

Ağır yol qəzası: bir ailənin 15 üzvü öldü

17:18 - 28 / 05 / 2017
Ağır yol qəzası: bir ailənin 15 üzvü öldü

Əfqanıstanın Pərvan əyalətində 17 nəfəri aparan avtobus çevrilib.

1news.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində bir ailənin 15 üzvü həlak olub, 2 nəfər isə xəsarət alıb.

Qeyd edək ki, Əfqanıstanda yolların vəziyyətinin pis olması, sürət həddinin tez-tez aşılması səbəbindən yol qəzaları tez tez baş verir.

1news.az

 

Paylaş:
840

Son xəbərlər

Bütün xəbərlər