“Barselona”nın yeni baş məşqçisi rəsmən açıqlandı | 1news.az | Xəbərlər
Futbol

“Barselona”nın yeni baş məşqçisi rəsmən açıqlandı

14:21 - 30 / 05 / 2017
“Barselona”nın yeni baş məşqçisi rəsmən açıqlandı

“Barselona”nın yeni baş məşqçisinin adı rəsmən açıqlanıb.

1news.az-nın məlumatına görə, bunu klubun prezidenti Xosep Bartomeu bəyan edib. Onun sözlərinə görə, Ernesto Valverde “Barselona”nın yeni baş məşqçisi təyin edilib. 53 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Kataloniya klubunun baş məşqçisi postunda Luis Enrikeni əvəzləyən Ernesto Valverde 2013-2017-ci illərdə Bilbaonun “Atletik” komandasına rəhbərlik edib.

Babək Cahandarov

Paylaş:
811

Son xəbərlər

Bütün xəbərlər