Fransada antiterror əməliyyatlarının gedişində 6 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Dünya

Fransada antiterror əməliyyatlarının gedişində 6 nəfər saxlanılıb

15:21 - 30 / 05 / 2017
Fransada antiterror əməliyyatlarının gedişində 6 nəfər saxlanılıb

Fransa polisi paytaxt regionunda və ölkənin cənub-qərbində yerləşən Bordo şəhərində keçirilən terror əleyhinə əməliyyatların gedişində 6 nəfəri saxlayıb.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, mayın 29-da və 30-da keçirilən əməliyyatlar nəticəsində 2 qadın və 4 kişi saxlanılıb.

Polisin məlumatına əsasən, saxlanan şəxslərin insanları Suriyaya yollayan şəbəkə ilə əlaqələri olub. Onlardan birinin “Quantanamo”da 8 il həbs cəzası çəkdiyi bildirilir.

S.Xankişiyeva

Paylaş:
604

Son xəbərlər

Bütün xəbərlər