Xirosimaya atom bombasının atılması barədə ilk xəbər verən qadın ölüb - VİDEO
Yaponiyanın Xirosima şəhərinə atom bombasının atılması barədə hərbçilərə ilk xəbər verən qadın vəfat edib.
1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, Yosi Oka 87 yaşında xərçəngdən dünyasını dəyişib. O, mayın 19-da vəfat etsə də, ölüm xəbəri bu gün məlum olub.
1945-ci ildə Yosi 14 yaşındaməktəbli olub. O, yerli hərbi mərkəzdə əlaqələndirici kimi çalışırdı. Yapon ordusunun hərbiçiləri ilə əlaqə yaradaraq Xirosimanın yeni tipli bomba ilə məhv edilməsi xəbərini verib.
Y.Oka tez-tez müxtəlif tədbirlərdə iştirak edirdi və həmin hadisənin dəhşətləri barədə danışırdı, nüvə silahının qadağan edilməsinə dair çağırışlar edirdi.
Qeyd edək ki, 1945-ci ilin avqust ayında Amerika pilotları Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombası atıb. Hadisə nəticəsində Xirosimada 140 min, Naqasakidə isə 74 min insan həlak olub. Atom hücumunun qurbanlarının böyük əksəriyyəti dinc əhali olub.
Pərvanə Sultanova