Baş katib ATƏT-in İrəvan ofisinin bağlanması barədə | 1news.az | Xəbərlər
Ermənistan

Baş katib ATƏT-in İrəvan ofisinin bağlanması barədə

16:24 - 30 / 05 / 2017
Baş katib ATƏT-in İrəvan ofisinin bağlanması barədə

ATƏT konsensus prinsipi ilə fəaliyyət göstərir və  buna görə də konsensusu pozanları təqsirləndirməyəcək.

1news.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu İrəvanda mətbuat konfransında ATƏT-in baş katibi Lamberto Zanyer qurumun Ermənistandakı ofisinin bağlanması barədə sualın cavabında deyib.

O, konsensus əldə edilmədiyindən təəssüfünü bildirib və Ermənistanla əməkdaşlığı davam etdirmək üçün yollar axtarmağa çalışdıqlarını əlavə edib. 

Qeyd edək ki, ATƏT-in Yerevan nümayəndələyinin mandatının uzadılması barədə konsensus əldə olunmamışdı. Nümayəndəlik bu il avqust ayının 31-də fəaliyyətini dayandıracaq.

Pərvanə Sultanova

Paylaş:
722

Son xəbərlər

Bütün xəbərlər