Moskvada qasırğa zamanı yaşlı kişinin ölüm səhnəsi kameralara düşüb - VİDEO
Moskvada baş verən qasırğa zamanı dandayanacağın arxasına gizlənməyə çalışan kişinin ölüm səhnəsi kameralara düşüb. Hadisə Kirovoqrad küçəsində baş verib.
1news.az-ın REN TV-yə istinadla verdiyi xəbərə görə, kişi tək olmayıb. Təbii fəlakət onları yolda haqlayıb, hər ikisi dayanacağın arxasına gizlənmək qərarına gəliblər. Bir anın içində konstruksiya küləyin təzyiqinə dözməyib və aşıb.
Onlardan biri kənara çəkilməyi bacarıb, digəri isə konstruksiyanın altında qalıb.
Videodan göründüyü kimi, şahidlər ona köməyə tələsiblər. Avtomobillər yolun ortasında dayandırılıb.
Konstruksiyanı qaldırsalar da, onun altında qalan şəxsə yardım etmək mümkün olmayıb.
65 yaşlı kişi güclü qasırğanın ilk qurbanı olub, sonradan daha on nəfərin də öldüyü barədə məlumat yayılıb.
Qeyd edək ki, ötən gün Moskvada qasırğa olub. Rusiya paytaxtının bir çox küçələrində reklam qurğuları, ağaclar aşıb, şəxsi avtomobillərə zərər dəyib. Hadisə zamanı 168 nəfərin tibbi yardıma müraciət edib, 16 nəfər isə həlak olub.
S.Xankişiyeva