Kabildəki partlayışın məsuliyyətini İŞİD öz üzərinə götürdü | 1news.az | Xəbərlər
Dünya

Kabildəki partlayışın məsuliyyətini İŞİD öz üzərinə götürdü

16:41 - 31 / 05 / 2017
Kabildəki partlayışın məsuliyyətini İŞİD öz üzərinə götürdü

Əfqanıstanın paytaxtı Kabildə baş vermiş güclü partlayışın məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürüb.

1news.az-ın məlumatına görə, bu barədə 1TV kanalı məlumat yayıb.

Xatırladaq ki, bu gün səhər saatlarında Kabilin diplomatik missiyalar yerləşən ərazisində güclü partlayış törədilib. Hadisə nəticəsində azı 90 nəfər həlak olub, 380 nəfər yaralanlb.

Partlayış nəticəsində Almaniya, Fransa, Misir, Çexiya, Türkiyə və digər səfirlklərin binasına ziyan dəyib.

Yaralananlar arasında səfirliklərin də əməkdaşları olub.

Pərvanə Sultanova

 

Paylaş:
672

Son xəbərlər

Bütün xəbərlər