Moskvada hava şəraiti yenidən pisləşəcək | 1news.az | Xəbərlər
Dünya

Moskvada hava şəraiti yenidən pisləşəcək

19:31 - 31 / 05 / 2017
Moskvada hava şəraiti yenidən pisləşəcək

Rusiya Fövqəladə Hallar Nazirliyi Moskvada hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar xəbərdarlıq edib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, nazirlik bildirir ki, iyunun 1-nə keçən gecə paytaxtda küləyin sürəti saniyədə 24 metrə çata bilər.

Həmçinin xilasedicilər elektrikötürücü xətlərin və ağacların aşması təhlükəsi barədə xəbərdarlıq ediblər.

Qeyd edək ki, mayın 29-da Moskvada qasırğa olub. Rusiya paytaxtının bir çox küçələrində reklam qurğuları, ağaclar aşıb, şəxsi avtomobillərə zərər dəyib. Güclü qasırğa nəticəsində həlak olanların sayı 16-ya çatıb, təqribən 168 nəfər xəsarət alıb.

S.Xankişiyeva

 

 

 

Paylaş:
704

Son xəbərlər

Bütün xəbərlər